Almaniya Kubokunda 1/4 finalın daha iki oyunu keçirilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş tutan oyunlardan sonra son yarımfinalçılar da müəyyənləşib.
Səfərdə "Arminiya"nın qonağı olan "Borussiya" (Münhenqladbax) klubu 120 dəqiqə ərzində rəqibin müqavimətini qıra bilməyib - 1:1. Penaltilər seriyasında daha dəqiq oynayan meydan sahibləri yarımfinala yüksəliblər - 5:4.
Bu mərhələnin mərkəzi qarşılaşması Leverkuzendə keçirilib. Burada "Bayer" və "Bavariya" üz-üzə gəliblər. Matçın əsas və əlavə vaxtlarında hesab açılmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan "Bavariya" yarımfinala adlayıb - 5:3.
Qeyd edək ki, daha öncə "Borussiya" (Dortmund) və "Volfsburq" komandaları yarımfinala vəsiqə qazanıblar.
8 aprel
Almaniya Kuboku, 1/4 final mərhələsi
"Bayer" (Leverkuzen) - "Bavariya" - 0:0 (Penaltilər seriyası - 3:5)
"Arminiya" - "Borussiya" (Münhenqladbax) - 1:1 (Penaltilər seriyası - 5:4)
Qollar: Junqlas, 26 (1:0), Kruze, 32 (1:1)
Milli.Az