Dənizdə itkin düşən balıqçıların axtarışlarına əlavə qüvvələr cəlb olunub
Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının axtarışları davam etdirilir.
Anspress-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, axtarışlara nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin əlavə qüvvələri də cəlb olunub.
Bundan başqa, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsinin əməkdaşları da iştirak edirlər.
Axtarışlar davam edir, əlavə məlumat veriləcək.
Qeyd edək ki, aprelin 7-də FHN-nin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının itkin düşməsi barədə məlumat daxil olub.