Bakıda DƏHŞƏT: ər arvadını avtobusda öldürdü - FOTO

9 Aprel 2015 00:27
Bakıda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 135 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda baş verib. Xırdalan şəhərindən Bakıya gələn avtobusda ər arvadını bıçaqlayıb. Avtobus "Şamaxinka" adlanan ərazidə dayanıb və qətli törədən Məmmədov Namiq Hacı oğlu hadisə yerindən qaçıb. Bıçaqlanan qadın isə Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Xəstəxanadan bıçaqlanan qadının öldüyünü təsdiqləyiblər. Məlumata görə, qətlə yetirilən 1968-ci il təvəlllüdlü Şəmiyeva Fatma Məhəmməd qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.