Son zamanlar bəzi ölkələrdə "facebook" və "twitter" sosial şəbəkələrinin fəaliyyəti ilə bağlı məhdudiyyətlər, qadağaların tətbiq edilməsi barədə KİV-də müxtəlif xəbərlər yayılır. Məsələn, Türkiyədə məhkəmənin qərarı ilə "Twitter", "Youtube" və "Facebook" sosial şəbəkələrinə giriş qismən məhdudlaşdırılıb ("TRT Haber"). Buna əsas səbəb bu yaxınlarda İstanbul Ədalət Sarayına hücum zamanı girov götürülmüş prokuror Səlim Kirazın fotolarının həmin akkauntlarda yerləşdirilməsi olub.Azərbaycanda bu sosial şəbəkənin bağlanması gözlənilmir