O qaçır, tullanır, yıxıb-dağıdır, dalaşır, dişləyir, rəqs edir, mahnı oxuyur. Hər kəs əslində uşağının hərəkətli və aktiv olmasını istəyir. Lakin bu hərəkətlər aşırı dərəcəyə qalxdıqda valideynlər üçün nəzarət çətinləşir və məsuliyyət hissi daha da çoxalır. Çünki belə uşaqlar bəzən digər bacı-qardaşlarının və hətta öz həyatlarını böyük risk altına ata da bilirlər.Mütəxəssislər aktiv və dəcəl olan hər uşağa bu diaqnozu qoyub, dərman müalicəsi tətbiq etməyin əleyhinədirlər