"Manchester City" mövsümün sonunu gözləyəcək

8 Aprel 2015 14:34

"Manchester City"nin baş məşqçisi Manuel Pelleqrini mövsümün sonuna kimi postunda qalacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "City"nin rəhbərliyi 61 yaşlı çilili mütəxəssisin taleyinə mövsüm başa çatandan sonra aydınlıq gətirəcək. Pelleqrini ilə yolların ayrılacağı ehtimalı daha böyükdür. Bundan əvvəl "City"nin Dieqo Simeone ilə maraqlandığı və argentinalı mütəxəsislə danışıqlara hazır olduğu məlum idi.
 

Qeyd edək ki, Premyer Liqanın 30-cu turunda "Crystal Palace"a uduzan "Manchester City" turnir cədvəlinin 4-cü pilləsinə enib. "Manikunianlar"ın 1 oyunu ehtiyatda var.

Milli.Az