Şahzadələr mirası satacaqlar

18 Yanvar 2011 21:11
Milli.az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, 1980-cı ildə titulundan imtina edərək taxtı böyük qızı Beatriksə verən, 2004-cü ildə isə dünyasını dəyişən Hollandiya kraliçası Yuliananın əşyaları satışa çıxarılıb.

Onun dörd qızı - Beatriks, İren, Marqrit və Kristiana analarının əşyalarından ibarət 1500 lotu "Sotheby's" hərracı vasitəsilə satmaq istəyirlər.
Əşyaların əksəriyyəti kraliça Yuliananın həyatının son illərini keçirdiyi "Soestdijk" sarayından olan mebel, çini, şüşə, gümüş əşyalar, sənət əsərləri və qrafikadır.

Əldə ediləcək pulların xeyriyyə məqsədlərinə xərclnəcəyi bildirilir.
Kraliça Beatriks payına düşən pulları adını daşıyan fonda, şahzadə İren - Hollandiya Təbiət Kollecinə (Natuurcollege), şahzadə Marqrit - Beynəlxalq Qırmızı Xaç Təşkilatına, şahzadə Kristina isə onun adını daşıyan gənc musiqiçilər müsabiqəsinə verəcək.

Tural
Milli.Az