Mətbəx sirləri: Gül mantı - FOTO

9 Aprel 2015 07:00
Milli.Az Türkiyə mətbəxindən gül mantının hazırlanma qaydasını təqdim edir

Tərkibi:


500 q un
130 q soyuq su
1,5 x.q. duz
1 kq sümüksüz qoyun əti
100 q quyruq
3 baş soğan
3 yerkökü
3 pomidor
1 ç.q. qara istiot
1 ç.q. zirə
2 x.q. bitki yağı

Əti, quyruq və tərəvəzi xırda kubik doğrayın.



Duz, istiot, döyülmüş zirə əlavə edib yoğurun, soyuducuda 20 dəqiqə saxlayın.



Un, su, duzdan bərk xəmir yoğurun. 2 yerə bölüb üzərinə qida plyonkası çəkin, 15 dəqiqə saxlayın.



Nazik yayın. Enli şəridlərə doğrayın. Şəridlərə bitki yağı çəkin. Hər şəridin üstünə iç yayın.



İkiyə qatlayıb kənarlarını (ağzını yox) bitişdirin.



Kənardan başlayaraq rulet kimi bükün, qıraqlarını yapışdırın.



Gül formasında mantı alınacaq. Hər mantının aşağısını bitki yağına batırın ki, bişən zaman yapışmasın, çıxarmaq asan olsun.



Mantı qazanında 40-45 dəqiqə bişirin.



Nuş olsun!

Resept: vk.com/academy_main

Milli.Az