Aprelin 7-də Azərbaycan dilində nəşr olunan satirik və populyar jurnal "Molla Nəsrəddin"in ilk sayının işıq üzü görməsinin 109 ili tamam olur. 1906-cı ildə Tiflisdə çap olunan jurnal müəyyən fasilələrlə 25 il öz mövcudluğunu qoruyub saxlaya bilib. Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olan jurnalın ümumilikdə 748 nömrəsi işıq üzü görüb ki, onun da 340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda nəşr olunub. "Molla Nəsrəddin"in Azərbaycan xalqının taleyində oynadığı rol, ictimailəşdirdiyi mövzular, jurnalın qısa zamanda şöhrət qazanması, Azərbaycanın o dövrdəki mətbu orqanlarına nisbətən daha uzunömürlü olması və digər məsələlərlə bağlı "Kaspi"nin suallarını Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev cavablandırır.Şamil Vəliyev: "Molla Nəsrəddin" jurnalı xalqımızın ictimai-siyasi dünyagörüşümüzün formalaşmasında müstəsna rol oynayıb"