Xəzərdə 810 mln. ton karbohidrogen ehtiyatı aşkarlandı

7 Aprel 2015 16:26
"LUKoil" şirkəti Xəzər dənizinin Rusiya hissəsində 810 mln. ton şərti yanacaq olan karbohidrogen ehtiyatlı 14 perspektivli struktur aşkar edib.

APA-nın məlumatına görə, bu barədə "LUKoil-Nijnevoljskneft" şirkətinin baş direktoru Nikolay Lyaşko deyib.

N.Lyaşkonun sözlərinə görə, şirkət bu kəşfi Xəzər dənizinin Rusiya akvatoriyasını kompleks şəkildə öyrəndikdən sonra edib.

Milli.Az