Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Andorranın baş naziri Antoni Marti aprelin 27-30-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək. Antoni Marti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Forum çərçivəsində qlobal problemlərin müzakirəsinə qatılacaq və bir sıra görüşlər keçirəcək.Andorranın baş naziri III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək