Avtomobil bazarında vəziyyət ürəkaçan deyil. Satıcılar alıcı azlığından, alıcılar isə qiymətlərin yüksək olmasından gileylənirlər. Bu da bazarda durğunluğun yaşanmasına gətirib çıxarır. Alıcı qüvvəsi əvvəlki aylarla müqayisədə xeyli aşağı düşüb. Bazar günü Qanlıgöl ərazisində, Badamdarda yerləşən Bakı Avtomobil Satış Mərkəzində olarkən apardığımız müşahidələrimiz və araşdırmalar belə deməyə əsas verir.Bakı Avtomobil Satış Mərkəzində əvvəlcə rublun düşməsi, indi isə manatın ölməsi durğunluq yaradıb; satan da, alan da narazıdır