Azərbaycana gəlin köçən fransız nənəyə fəxri fərman verdilər

6 Aprel 2015 14:21
İmişli Rayon İcra Hakimiyyətində 68 il əvvəl bu rayona gəlin köçən və əslən  fransız olan İvonna Botto-Şirməmmədovanın ailə üzvləri ilə görüş olub. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, onlara fəxri fərman və hədiyyələr verilib. Xatırladaq ki, İvonna Botto-Şirməmmədova 2-ci dünya müharibəsindən sonra, 1947-ci ildə Fransada partizan hərəkatının iştirakçısı, azərbaycanlı Səməd Şirməmmədovla ailə həyatı quraraq Azərbaycana gəlib.

Hazırda İmişli rayonunun Murguzarlı kəndində yaşayan İvonna nənənin 7 övladı, 30 nəvəsi, 22 nəticəsi var. Şirməməmmədovlar ailəsi kənd təssərüfatı işləri ilə məşgul olur.

Milli.Az