"Neftçi"nin futbolçusundan biabırçı hərəkət
5 Aprel 2015 22:05
Julius Vobay azarkeşlərə qarşı qeyri-etik jest edib
Azərbaycan Premyer Liqasında 28-ci turu çərçivəsində bu gün keçirilən "Simurq" - "Neftçi" qarşılaşmasında biabırçı olay yaşanıb.
Belə ki, "Neftçi"nin futbolçusu
Julius Vobay
qarşılaşma zamanı azarkeşlərə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirərək qeyri-etik hərəkət edib.
Onun bu hərəkətinə hakim heç bir reaksiya göstərməyib. Daha doğrusu oyunu idarə edən hakimin həmin epizodu görüb-görmədiyi məlum deyil.
"Simurq"un mətbuat xidməti
Rüstəm Allahverdiyev
anspress
-ə açıqlamasında Julius Vobayın qeyri-etik jest etdiyini təsdiqlədi.
Onun sözlərinə görə, hadisə qarşılaşmanın son dəqiqələrində baş verib:
"Neftçi"nin futbolçusunun qeyri-etik hərəkəti ilə bağlı qarşılaşmanın inspektoruna məlumat verildi".
Qeyd edək ki, qarşılaşma "Neftçi"nin minimal hesablı qələbəsi ilə başa çatıb.
Milli.Az