Germanwings qəzasında həlak olanların axtarışı sona çatıb

5 Aprel 2015 21:01
Milli.Az BBC-yə istinadən xəbər verir ki, Germanwings qəzası ilə bağlı axtarış işləri bitib.

Fransa rəsmiləri Alp dağlarında qəzaya uğramış Germanwings şirkəti təyyarəsində uçan 150 adamın cəsədinin axtarışının bitdiyini elan edib.

Bundan əvvəl verilən xəbərə görə, fransa ekspertləri Airbus 320 təyyarəsinin qəzaya uğradığı ərazidə 150 ədəd müxtəlif DNT nümunələri aşkar etmişdilər.

Ekspertlər cəsədlərin identifikasiyasını DNT nümunələrinin analizi vasitəsilə davam etdirmək niyyətindədirlər.

Güman edildiyinə görə, bunun üçün bir neçə həftə tələb oluna bilər.

Qəzaya uğramış Airbus 320 təyyarəsinin "qara qutularının" təhlili nəticəsində ekspartlər belə bir qənaətə gəliblər ki, ikinci pilot kabinənin qapısını qıfıllayaraq təyarəni qəsdən yerə çırpıb.
Qəza yerində aşkar edilmiş yazı cihazların təhlili təyyarənin çırpılan anadək ikinci pilot tərəfindən bir neçə dəfə sürətlə endirildiyini qeydə alıb.

Milli.Az