Sevindirici haldır ki, son zamanlar yerli filmlərin istehsalında artımın şahidi oluruq. Komediya filmlərinin vüsət aldığı bir zamanda gənc rejissor Ramil Ağasıyev melodrama janrında "Arzuların ardınca" adlı film ərsəyə gətirib. Filmin çəkilişləri yekunlaşıb, hazırda səsləndirmə mərhələsindədir. Bunu bizimlə söhbətindı R.Ağasıyev dedi. "Gənclik qəzeti"-nin qonağı olan rejissor filmin yaranma səbəblərindən və bu gün kino sahəsində müşahidə olunan tendensiyalardan bəhs etdi.Ramil Ağasıyev: ""Arzuların ardınca" filmində "16+" səhnələrini ərsəyə gətirərkən xeyli əziyyət çəkməli olduq"