Neft 20 dollar ucuzlaşa bilər
4 Aprel 2015 12:17
İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların müsbət nəticə verməsi İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına və bu ölkənin neftinin dünya bazarlarına çıxmasına şərait yaradır.
APA RBK-ya istinadən xəbər verir ki, sanksiyaların aradan qaldırılmasının perspektivi barədə xəbər aprelin 2-də dünya birjalarında qısa müddətlik neftin 4% ucuzlaşmasına səbəb olub.
"Əgər nəzərdə tutulan razılıq yekunda qüvvəyə minərsə, növbəti aylarda neft bazarında volatillik müşahidə oluna bilər. Belə olan təqdirdə qiymətlər 10, hətta 20 dollar ucuzlaşa bilər", - deyə "Capital Economics" şirkətinin analitiki Tomas Pyu bildirib.
Eyni zamanda, "Bloomberg" agentliyi yazır ki, İran neftinin dünya bazarlarına dönüşü "qara qızıl"ın qiymətini 1 barelə görə 10 dollar azalda bilər.
Agentliyin keçirdiyi sorğuya cavab olaraq bəzi ekspertlər bildirib ki, yaxın zamanda neftin qiyməti istənilən halda azalacaq. Proqnozların əksəriyyəti 40 dollar üzərində cəmləşir.
Milli.Az