"Bayern Münhen"in baş məşqçisi Xosep Qvardiola "Borussia Dortmund"la matç öncəsi heyətdə zədəli futbolçuların olmasına diqqət çəkib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon mütəxəsis Alaba, Robben və Riberinin zədələnməsinə diqqəti çəkib.
"Biz zədəli futbolçulara əvəzləyici tapmaq iqtidarında deyilik. Heyət yerində olanda biz çox güclüyük. Amma biz heç nəyi bəhanə etməmişik. "Bayern" qələbə qazanmasa, günahkar biz olacağıq. Apreldə hər şey müəyyənləşəcək. Hər oyun finala bərabərdir".
Milli.Az