Hollandiya yığmasının üzvünə "Trabzonspor"dan təklif

4 Aprel 2015 11:24

"Milan"ın hollandiyalı yarımmüdafiəçisi Naycel de Yonq karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə "Trabzonspor" yaxından maraqlanır.

De Yonqun "Milan"la müqaviləsinin müddəti yayda başa çatır. Bu isə o deməkdi ki, o, mövsümün sonunda azad agent kimi istədiyi kluba keçə bilər.
  

Bununla belə, Hollandiya yığmasının üzvünü transfer etmək üçün "Trabzonspor" rəqabətdən qalib ayrılmalıdı. Çünki de Yonqla "Mançester Yunayted" və "Ayaks" klubları da danışıq aparır.
  

Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan Naycel de Yonq karyerası ərzində "Hamburq" və "Mançester Siti" klublarının da formasını geyinib.

Milli.Az