İsveçdə "Friends Arena"da oynanılan qarşılaşmanı 35 min azarkeş izləyib. Gözlənilmədiyi halda bu tərəfdarların çoxu Asiya təmsilçisinin fanatları olub.
Təxminən 25 min iranlı həmin oyunda keçmiş İran bayrağını (İran İslam Respublikası olmamışdan öncə) açaraq hazırki rejimi tənqid ediblər.
Onlar üzərində "iranlı qadınların stadiona girməsinə icazə verilsin" yazılmış pankart açıblar.
Məhz bütün bunlara görə FİFA İsveç Futbol Federasiyasına cəza verəcək.
Milli.Az