McDonald's-ı belə "yıxdılar"

2 Aprel 2015 12:42
Amerikanın məşhur McDonald's fast-fud restoranları şəbəkəsi 90 min işçinin maaşının qaldırılmasına razılıq verib.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, şirkət etiraz edən əməkdaşların qarşısında geri çəkilməli olub. Daha yüksək əmək haqqı iyulun 1-dən etibarən veriləcək. 2016-cı ilə qədər McDonald's-da orta əmək haqqı bir saat üçün 10 dollar müəyyən ediləcək.

Etiraz edən əməkdaşlar isə maaşlarının saat üçün 15 dollara qaldırılmasını tələb edirdilər.

Milli.Az