İlkin Həsəni: "Mən hər il deyirəm, proqnozlar verirəm amma, evlənmək alınmır" - FOTO

2 Aprel 2015 11:43
Milli.Az show.az-a istinadən teleaparıcı İlkin Həsəni ilə müsahibəni təqdim edir.

- Salam, İlkin. "Ay Brilliant"ı tamaşaçılara təhvil verdin, özünü necə hiss edirsən?

- "Ay Brilliant"ı təhvil verdim, özümü çox yaxşı hiss edirəm. Əladır hər şey. İl ərzində olan o yorğunluq kinoteatrdakı o tamaşaçıları görəndən sonra, seanslarda o izdihamı görəndən sonra, demək olar ki, tamamilə keçib. Hal-hazırda böyük bir enerji ilə yayı gözləyirik ki, ikinci işimizə başlayaq.

- Bəs nə vaxt evlənirsən, bəlkə, ikinci işdən qabaq səni evləndirək?

- Mən hər il deyirəm, proqnozlar verirəm, amma heç nə alınmır (gülür). Ona görə də qoy hər şey hazır olsun, o ana bir addım qalmış deyəcəyəm nə vaxt evlənirəm. Hələ ki, tezdir demək. (gülür)

- Yaxşı, görürəm, bu haqda çox danışmaq istəmirsən, bəlkə, yaydakı işinizdən az da olsa məlumat verəsən?

- Ötən il dostlarımızla birgə başladığımız ilk özəl kommersiya film sektorunda, bu il təbii ki, daha keyfiyyətli, tamaşaçı zövqünə daha uyğun olan işlər görəcəyik. Bizlə bərabər, digər dostlarımız da yeni film işinə başlayırlar. Onlara da uğurlar arzu edirəm. Amma biz hələ ki, ideya üzərində baş sındırırıq. Bir aya yaxındır ki, mövzu haqda fikirləşirik. Heç vaxt təkrarlanmayan, heç yerdə olmayan bir mövzu axtarışındayıq. İnşallah mövzumuz hazır olandan sonra, onun ssenarisi də, tez bir zamanda hazır olacaq. Yəqin ki, avqust ayında biz yeni işimizə başlayacağıq.

- Bu filmdə Şəmi obrazından başqa, hansı obrazı canlandırmaq istəyərdin?

- Şəmi obrazı təsadüfən seçilmiş bir obrazdır. Biz heç vaxt nəzərdə tutmamışdıq ki, bu obraz nə vaxtsa televiziya layihəsi olacaq. Əgər sıfırdan başlanılsaydı, mən yenə də Şəmi obrazını canlandırmaq istəyərdim.

- Ola bilər ki, Şəmini də evləndirəsiniz?

- Yox, Şəmini hələ ki evləndirmək planımız yoxdur. Qoy sultanlığını yaşasın.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.