Paytaxtda bacı-qardaşı vuran maşın daha sonra digər avtomobilə çırpılıb - FOTO

1 Aprel 2015 10:26

Paytaxtın Nərimanov rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

APA-nın məlumatına görə, qəza rayonun Fətəli xan Xoyski prospektində qeydə alınıb.

Prospektlə yüksək sürətlə hərəkət edən "Hyundai" markalı minik avtomobilinin sürücüsü yolu keçmək istəyən bacı və qardaşı - 17 yaşlı Fariz Əhmədov və 22 yaşlı Aysel Əhmədovanı vurub.

Avtomobil daha sonra əks istiqamətdən gələn KİA markalı nəqliyyat vasitəsinə çırpılıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları gəliblər.

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, onların həyati təhlükəsi yoxdur.

Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.

Qəza nəticəsində prospektdə müvəqqəti tıxac da yaranıb. Yararsız vəziyyətə düşmüş avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Bundan sonra avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.