Şəhərlər terrorçulardan təmizləndi

1 Aprel 2015 09:24

Çad və Niger silahlı qüvvələri Nigeriyanın şəhəri uğrunda mübarizə apardı

Çad və Niger orduları Nigeriyanın şimalındakı Malam və Fatori şəhərlərini "Boko Haram" terrorçularından təmizləyib.

Anspress-in məlumatına görə, bu barədə xəbəri Ria Novosti agentliyi yayıb.

Xəbər verilir ki, bu şəhərlər 2014-cü ilin noyabr ayından etibarən terrorçuların nəzarətində olub.

Öz növbəsində Niger ordusunda olan mənbələr bildiriblər ki, orduların hücumları Hərbi Hava Qüvvələrinin terrorçuların mövqelərinə vurulan aviazərbələri ilə dəstəklənib.

Milli.Az