Qadınlar "qadın gözəlliyi"nə üsyan etdilər - FOTO

1 Aprel 2015 11:30

Moda biznesində və mediada "ideal qadın vücudu" ilə bağlı formalaşmış təsəvvürlərlə klişelərə görə, gözəl sayılası bədənə malik olmaq istəyən qadın nərmənazik, çox arıq, hətta hədsiz arıq olmalıdır. Təbii ki, qadınların tam əksəriyyəti belə absurd ştamplara qarşı çıxır.

Onların arasında amerikalılar Sara Kofman, Tiffani Maykl, Rouz Li Eşli Ey var.
 

Milli.Az ABC-yə istinadən bildirir ki, bu üç xanım tanınmış fotoqraf Terrens Smollsun "Kamillik" adlı fotoseriyasına çalışıb.

Kaliforniya ştatındakı San-Dieqo şəhərinin sakini Sara Kofmanın dediyinə görə, fotosessiyanın təşəbbüskarı odur.
 

"Modelyerlər, fotoqraflar, dizaynerlər, moda şərhçiləri hesab edirlər ki, qadının vücudu paltar asılqanı kimi olmalıdır. Moda şoularında podiuma çıxan modellərin əksəriyyəti canlı skeletlərə bənzəyirlər. Amma qadınların tam əksəriyyəti belə deyil axı... Biz də normal qadınlarla moda biznesindəki "qadın təsəvvür"ləri arasındakı "fərq"ləri göstərməyə çalışdıq", - Sara Kofman deyib.
 

Sessiyaya qatılmış xanımlar vücudlarına markerlərlə punktir xətlər və oxlar çəkərək bədənlərindəki "çatışmaz"lıqları göstəriblər.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.