Paytaxtda 10 maşın bir-birinə girdi, ölən var - FOTO

1 Aprel 2015 09:16
Bakının Dərnəgül şosesində ağır yol nəqliyyat hadisəsi baş verib, 10 maşın bir-birilə toqquşub, ölən var.

APA-nın verdiyi xəbərə görə, saat 23 radələrində Dərnəgül şossesinin Nərimanov rayonuna aid ərazisində  02 BL 304 dövlət nömrə nişanlı "Lifan" markalı maşınla  90 LN 425 dövlət nömrə nişanlı "Mercedes" toqquşub. Bu zaman arxadan sürətlə gələn 99 GK 743 dövlət nömrə nişanlı "Daewoo Gentra" və 90 SR 038 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil də onlara çırpılıb.
 
Şossedə sürətlə hərəkət edən 90 LH 816 dövlət nömrə nişanlı "Mitsubishi" markalı avtomobil də qəza törətmiş digər avtomobillərə çırpılıb.
 
Sürətlə gələn 90 JN 260 dövlət nömrə nişanlı "MAZ" da qəza törətmiş avtomobillərə çırpılıb. Şossedə hərəkətdə olan 10 ZE 823 dövlət nömrə nişanlı "KamAZ" isə "MAZ"a çırpılıb.
 
"KamAZ"ın sürücüsü, 1986-cı il təvəllüdlü Xəyyam Quliyev  hadisə yerində ölüb.
 
"KamAZ"ın çırpıldığı "MAZ" isə zərbənin təsirindən yolda hərəkətdə olan 10 HB 688  dövlət nömrə nişanlı "VAZ 2107"ə, o da öz növbəsində 90 EN 793 dövlət nömrə nişanlı "Mercedes"ə çırpılıb. "Mercedes" isə 90 LP 329  "Chevrolet Aveo" ilə toqquşub.
 
Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar. Magistralda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
 
Hadisə nəticəsində bir nəfər ölüb, ağır xəsarət alan olmayıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.