Daha bir təyyarə qəzası: çox sayda yaralı var - VİDEO

30 Mart 2015 09:36

Torontodan Halifaks əyalətinə uçan təyyarənin şassiləri açılmayıb

Kanadada "Air Canada" aviaşirkətinə aid sərnişin təyyarəsi dəhşətli qəza təhlükəsi ilə üzləşib.

Anspress-in məlumatına görə, paytaxt Torontodan Halifaks əyalətinə uçan təyyarənin şassiləri açılmayıb.

"Airbus-A320" tipli 132 sərnişini və 6 uçuş heyəti olan təyyarə hava limanına gövdəsi üzərinə enmək məcburiyyətində qalıb.

Qarın üzərinə enən təyyarə bir müddət yerdə sürüklənib. Hava limanına çox sayda yanğınsöndürmə briqadası və təcili yardım cəlb olunub.

Halifaks hava limanının rəsmiləri yaralılardan 18 nəfərin ambulator müayinədən sonra evə buraxıldığını, digər yaralılardan heç birinin isə həyati təhlükəsi olmadığını deyib.

Bəzi sərnişinlər təyyarənin enmədən əvvəl 30 dəqiqə hava limanının üzərində dövrə vurduğunu deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото