"Qarabağ"da itki

29 Mart 2015 19:39

Dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Malta oyununda zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərovun durumunun ciddi olduğu müəyyənləşib.
 

Milli.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün yarımmüdafiəçi müayinə edilib.

Müayinədən sonra futbolçunun ön çarpaz bağlarının sıradan çıxdığı müəyyənləşib. Bu səbəbdən N.Ələsgərovun 5-6 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub.
 

Klubun saytına açıqlamasında o bildirib: "Nə deyə bilərəm? Təbii ki, heç bir futbolçu zədələnmək istəməz. Amma futbolda zədələr qaçınılmazdı. İndi əməliyyat lazımdır. Səbrlə dözüb sağalmaq üçün çalışmalıyam. Ağır zədədir. Amma edə biləcəyimiz bir şey yoxdur".

Milli.Az