"Lufthansa" aviaşirkəti həkim çatışmazlığı problemindən əziyyət çəkir

29 Mart 2015 16:57

Almaniyanın "Lufthansa" aviaşirkəti öz pilotlarına tibbi yardım göstərmək üçün yetərli tibbi personala malik deyil

APA-nın "Welt am Sonntag"a istinadən verdiyi məlumata görə, "Lufthansa"da həkim çatışmazlığı problemi mövcuddur.

"Ayrılan iş yerləri uzun müddət vakant qalır", - deyə sözügedən nəşrə etibarlı mənbədən bildiriblər.

Nəşrin yazdığına görə, hazırda şirkətdə 5,4 min pilot işləyir. Onlara 25 həkim tibbi xidmət göstərir.

Qeyd edək ki, "Lufthansa"nın törəmə şirkəti olan "Germanwings"a məxsus Airbus A320 sərnişin təyyarəsi martın 17-də Fransa cənubunda qəzaya uğrayıb. Nəticədə 150 nəfər ölüb. Təyyarənin ikinci pilotunun səhhətində problemlərin olduğu üzə çıxıb.

Milli.Az