Ağstafada qəribə hadisə - FOTO
29 Mart 2015 12:20
Kəpəz TV (Region TV) xəbər verir ki, Ağstafanın Dağ Kəsəmən kənd sakini Mahal Mansurovun Ukraynadan aldığı cins inəyin 4-cü dəfə dünyaya gətirdiyi balası quyruqsuz olub. Uzun illərdir mal-qara saxlayan kənd sakini ilk dəfədir, bu cür hadisə ilə üzləşdiyini deyir. 2 ay öncə doğulan heyvan rahat şəkildə hərəkət edir və digər buzovlardan seçilmir. Sakinlər buzovun gələcəkdə quyruğu olmadan yaşamasını heyvan üçün müəyyən çətinliklər yaradacağını bildirdilər. Mütəxəssislər isə bu cür halların genetik modifikasiya zamanı baş verdiyini bildirirlər. Qeyd edək ki, bir neçə ay öncə də rayonun Qarahəsənli kəndində analoji hadisə baş verib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


