Günahkar pilotun evində axtarış aparıldı və… - FOTO
27 Mart 2015 11:10
Alman pilotun evinə baxış zamanı mühüm fakt aşkar edilib
Fransada 150 nəfərin ölümü ilə nəticələnən Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin qəzaya uğraması səbəbləri araşdırılır.
Anspress-in məlumatına görə, qəzaya səbəbkar kimi göstərilən köməkçi pilot Andres Lubitsa haqqında da hüquq-mühafizə orqanları məlumatlar toplayaraq araşdırmalar aparmağa başlayıb.
Alman pilotun evində axtarış həyata keçirən polisin qəzanın baş vermə səbəbini aydınlaşdıracaq "əhəmiyyətli açar" aşkar etdikləri bildirilir. Bu barədə ingilis qəzeti "Mirror" xəbər yayıb.
Xəbərdə bildirilir ki, müstəntiqlər pilotun Düsseldorfdakı evində axtarış zamanı "əhəmiyyətli açar" aşkar ediblər. Onlar, həmçinin əlavə məlumat verməkdən də imtina ediblər. Sadəcə, söhbətin ölümdən əvvəl hər hansısa bir qeyddən getmədiyini vurğulayıblar.
Qeyd edək ki, sərnişin təyyarəsini bilərəkdən qəzaya uğraması iddialarını araşdırma aparan Marsel prokurorluğu təsdiq edib. Milli.Az