Prezidentliyə keçmiş namizəddən ana müxalifətə rədd cavabı
26 Mart 2015 19:39
Türkiyədə sonuncu prezident seçkiləri zamanı müxalifətin (CHP və MHP) ortaq namizədi olan Ekmeleddin İhsanoğlu bu il keçiriləcək parlament seçkilərində iştirak etməyəcək. Lent.az-ın Sözcü-yə istinadən məlumatına görə, E.İhsanoğlu CHP-dən gələn vəkillik təklifini qəbul etməyib. Bildirilir ki, CHP lideri Kamal Kılıçdaroğlu şəxsən E.İhsanoğluna təkliflə müraciət edib. Lakin prezidentliyə keçmiş namizəd artıq siyasətə qarışmaq istəmədiyini deyərək bu təklifi rədd edib.
Milli.Az