17:40
"Bayram günlərində təmirə bağlanmış Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə çıxışı açılıb".
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, Babək prospektindən Heydər Əliyev prospektinə çıxış da artıq açıqdır: "Hər iki yol bu gün saat 17:00-dan etibarən açılıb, nəqliyyat vasitələri bu yollarda sərbəst hərəkət edə bilərlər".
Qeyd edək ki, təmir çərçivəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi və genişləndirilmə işləri həyata keçirilib.
Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə göə, dönmə əməliyyatı üçün nəzərdə tutulan hissə və həmin ərazidən Heydər Əliyev prospektinə çıxışda son tamamlanma işləri başa çatmaq üzrədir: "Heydər Əliyev Mərkəzinin qarşısından Yusif Səfərov küçəsinə çıxışda isə işlərin axşam saatlarında başa çatdırılması planlaşdırılır".
Milli.Az

