Audi S8 fərdiləşir - FOTO
26 Mart 2015 21:15
"Qaynar" Audi S8 flaqman modeli eksklüziv fərdiləşdirmə proqramı tətbiq edilməklə yenilənib. Avtomobilin yeni rəngi (Ipanema Brown Metallic) üçün 3100 avro ödəmək lazımdır. Yenilənmiş model yüngül xəlitədən hazırlanmış 21 düymlük xüsusi disklər və ağac tərtibatla işlənmiş qəhvəyi rəngli dəri salon əldə edib. Milli.Az 4charx.com-a istinadən bildirir ki, Audi S8 kapotu altında "adi" 4,0 litrlik 8 silindrli TFSI turbo mühərrik yer alıb. O 520 a.g. və 650 Nm fırlanma anı hasil edir. Avtomobil Quattro tam ötürmə sistemi və 8 pilləli avtomat ötürücü qutu ilə təchiz edilib.
Milli.Az