Yenilənmiş Jaguar XF - FOTO

26 Mart 2015 22:45
Jaguar şirkəti 2016-cı model ilinin yenilənmiş XF sedanı rəsmi təqdim edib. Yeni avtomobilin ictimai təqdimatı Londonda təşkil edilmiş xüsusi tədbirdə həyata keçirilib. Çoxdan gözlənilən yeni modelin dünya debütü Nyu-York avtosalonunda nəzərdə tutulub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, 2016-cı model ilinin yenilənmiş orta ölçülü Jaguar XF sedanı əslində çox tanış gəlir və yığcam XE modelinin daaha böyük versiyasına bənzəyir. Yeni sedanda 75% alüminiumdan istifadə edilib.

Yenilənmiş Jaguar XF 2016 Jaguar Land Rover şirkətinin Ingenium ailəsinə məxsus iki dizel mühərriki - 167 a.g. və 380 Nm fırlanma anı və ya 180 a.g. və 430 Nm hasil edən hasil edən 2,0 litrlik dizel mühərriki. Bundan başqa yenilənmiş sedan 3,0 litrlik tvin-turbo (300 a.g. və 700 Nm) və turbo gücləndiricili (380 a.g. və 450 Nm) V6 mühərriklə də təchiz edilə bilər.

Milli.Az