Bentley Mulsanne-ı uzatdılar - FOTO

27 Mart 2015 23:45
İngilis premial avtomobil şirkəti Bentley yeni uzunbaza dördqapılı Mulsanne modelinin yol sınaqlarına başlayıb. Fotocasusların əlinə keçmiş avtomobil adında LWB əlavəsi olmaqla satışa çıxarılacaq. Məlum olduğu qədər bu modifikasiya Çin bazarı üçün nəzərdə tutulub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, sedanın uzunluğu 20-25 sm artırılıb. Avtoistehsalçı bununla arxa sərnişinlər üçün rahatlığı artırmaq qərarına gəlib. Avtomobilin nə zaman satışa çıxarılacağı hələlik məlum deyil.

Milli.Az