Mercedes S63 AMG dəyişdi - FOTO

26 Mart 2015 22:15
585 at güclü Mercedes S63 AMG Coupe heç bir tüninq əməliyyatına məruz qalmadan da fenomenal avtomobildir. Amma heç də hamı belə düşünmür...

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobilin 22 düymlük ADV15R Track Spec CS diskləri üzərində duran bu nüsxəsinə baxın. O son dərəcə zərifdir! Məhsuldarlığa gəldikdə isə burda da vəziyyət qaydasındadır. RENNtech tünerlərinin müdaxiləsindən sonra avtomobilin gücü 701 at gücünə, fırlanma anı isə 1 137 Nm -dək artıb. Bu məmnuniyyətin qiyməti isə 3 495 dollardır. Belə bir avtomobil üçün demək olar ki, havayıdır. Çünki, təkcə Burmester opsional səs sisteminin quraşdırılması bundan 2 dəfə bahadır.

Heç bir modifikasiyaya məruz qalmadan Mercedes S63 AMG Coupe 0-100 km/saat sürətlənməni 3,9 saniyəyə həyata keçirir. Maşının çəkisinin 2 ton olduğunu nəzərə alsaq bu kifayət qədər əla göstəricidir. Potensialın indiki artdığı halda isə bu göstəricinin necə dəyişəcəyinə ancaq ehtimal etmək mümkündür.

Milli.Az