“Xəzər-Lənkəran” 5 əcnəbini baxışa çağırıb
17 Yanvar 2011 17:55
Milli.Az xəbər portalı klubun internet saytına istinadən xəbər verir ki, əcnəbi futbolçulardan üçü Rumıniyadandır: "Qaz Metan" klubundan azad agent kimi gələn qapıçı Kosmin Vatça, "Universtatya" klubunda son mövsüm çıxış edən 28 yaşlı arxa xətt oyunçusu Pit Adrian və 25 yaşlı yarımmüdafiəçi Çiacu Hristu. Ç.Hristu Rumıniyanın U-21 və U-23 yığmalarında 20 oyun keçirib və üç qol vurub. Klubun düşərgəsinə iki makedoniyalı futbolçu da dəvət olunub. Bunlar Dusan Saviç və Giorqiy Mojsovdur.
Milli.Az