Dünyanın yaşıl meydanlarında beynəlxalq yoldaşlıq oyunları keçirilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş tutan 8 oyunda qapılara 19 qol vurulub.
Kamerun İndoneziyaya, Qana millisi isə Namibiyaya 1:0 hesabı ilə qalib gəlib. "Avro-2016"nın seçmə mərhələsində millimizin rəqibi olan Malta yığması səfərdə Gürcüstana uduzub - 0:2.
Bu, Bakı "İnter"inin baş məşqçisi Kaxaber Sxadadzenin Gürcüstan millisinin sükanı arxasında ilk oyunu olub. Gürcüstanlı mütəxəssis debüt matçında qələbəyə sevinib.
Digər oyunlarda Danimarka ABŞ-la, Almaniya isə Avstraliya ilə qarşılaşıb. Danimarka ABŞ-a 3:2 hesabı ilə qalib gəldiyi halda, Almaniya rəqibi ilə 2:2 bərabərə qalıb. Şotlandiya millisi isə evdə Şimali İrlandiyanı sınağa çəkib. Oyun 1:0 hesabı ilə Şotlandiyanın xeyrinə başa çatıb.
25 mart
Beynəlxalq yoldaşlıq oyunu
İndoneziya - Kamerun - 0:1
Qol: Aboubakar, 35 (0:1)
Qana - Namibiya - 1:0
Qol: Baffour, 90+4 (1:0)
Gürcüstan - Malta - 2:0
Qollar: Kankava, 83 (1:0), Qazaişvili, 90+2 (2:0)
Nigeriya - Uqanda - 0:1
Qol: Miya, 81 (0:1)
İsveçrə - CAR - 1:3
Qollar: Hlatşvayo, 51 (0:1), Mnyamane, 52 (0:2), Badenhorst, 65 (1:2), Masanqo, 86 (1:3)
Danimarka - ABŞ - 3:2
Qollar: Altidor, 19 (0:1), Bendtner, 33 (1:1), Yohanson, 66 (1:2), Bendtner, 83, 90+1 (3:2)
Almaniya - Avstraliya - 2:2
Qollar: Roys, 17 (1:0), Troisi, 40 (1:1), Yedinak, 50 (1:2), Podolski, 81 (2:2)
Şotlandiya - Şimali İrlandiya - 1:0
Qol: Berra, 85 (1:0)
Milli.Az