Amerikalı neft maqnatı Tomas Bun Pikens neftlə bağlı optimist proqnoz verib
Amerikalı maqnat, "BP Capital Management" kompaniyasının rəhbəri Tomas Bun Pikens neftin bahalaşacağını bildirib.
Anspress-in məlumatına görə, neft maqnatı 2016-cı ilin sonuna kimi "qara qızıl"ın bir barelinin 100 dollara qədər bahalaşacağını proqnozlaşdırıb.
Bu barədə 86 yaşlı milyarder San-Fransiskoda "Commonwealth Club of California" qeyri-kommersiya təşkilatında keçirilən görüşdə bildirib.
Daha əvvəl Pikens "Financial Times" nəşrinə müsahibəsində bildirib ki, neftin bahalaşması üçün ABŞ-ın şist sənayesi və Səudiyyə Ərəbistanı hasilatı azaltmalıdır.
Qeyd edək ki, brent neftinin bareli yarım il ərzində 110 dollardan 60 dollara qədər ucuzlaşıb.