Tanınmış opera ifaçısı Fransadakı təyyarə qəzasında ölüb
25 Mart 2015 08:54
Fransada Germanwings aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölən sərnişinlər arasında ötən əsrin 80-ci illərində SSRİ-də fəaliyyətə başlamış tanınmış opera ifaçısı Oleq Brıjakın olduğu bildirilir.
APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.
Oleq Brıjak 1996-cı ildə Düsseldorfda fəaliyyət göstərən "Reyndə alman operası" teatrının solisti olub. Məlumata görə, Barselonada Rixard Vaqnerin "Ziqfrid" əsərini ifa etmiş 54 yaşlı müğənni Düsseldorfa dönərkən qəzada ölüb.
Oleq Brıjak 1960-cı ildə Qazaxıstanda anadan olub.
Milli.Az