Bakıda müharibə veteranının evini qulluqçusu talan etdi
24 Mart 2015 12:10
Bakıda qulluqçu ev sahibinə ziyan vurub. Milli.Az xəbər verir ki, Bakı şəhər sakini Əlisəfa Ağayevin Bilgəh qəsəbəsindəki evində xadimə işləyən Valentina Kurnosova sahibinin 2150 manatını oğurlayıb. Sabunçu Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Valentina Kurnosova artıq şübhəli şəxs kimi saxlanılıb.
Zərərçəkmiş Ə.Ağayevin "Azərbaycan Müharibə Veteranları" İctimai Birliyinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Qarabağ müharibəsi veteranı olduğu deyilir.
Gülər
Milli.Az