Ebru Gündeş özünü azərbaycanlı müğənniyə oxşatdı - YENİLƏNİB - FOTO

24 Mart 2015 15:19

Bu barədə sənətçinin mətbuat xidmətindən bildirilib

11:46

Azərbaycan əsilli İran-İsveç müğənnisi Araş bu gün İstanbulda sevənləri ilə görüşəcək.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Azərbaycanı 2009-cu ildə Aysel Teymurzadə ilə birlikdə "Eurovision" mahnı müsabiqəsində təmsil edən Araş bu gün Bakı vaxtı ilə 22:00-da İstanbulda "Volksvagen Arena"da türkiyəli məşhur müğənni Ebru Gündeşlə birgə səhnəyə çıxacaq. Bu barədə sənətçinin mətbuat xidmətindən bildirilib.

Müğənnilər bir neçə saat ərzində sevilən mahnıları ilə tamaşaçıları coşduracaqlar.

Araşla eyni səhnəni bölüşən müğənni Ebru Gündeşin də həyat yoldaşı Rza Zərrab əslən azərbaycanlıdır.

Qeyd edək ki, Arəş Ləbafzadə 1977-ci ildə Tehranda azərbaycan əsilli ailədə dünyaya göz açıb. 10 il İranda yaşayan Araş daha sonra ailəsi ilə birlikdə Avropaya köçüb və orada sənət fəaliyyəti ilə məşğul olmağa başlayıb.

Milli.Az

----------
15:19

Böyütmək üçün şəkillərə klikləyin.