Bank sirrinin sirri açılır

17 Yanvar 2011 22:04
Milli.Az xəbər portalı AFP-yə istinadən bildirir ki, vətənlərində vergilərdən yayınan və pullarını İsveçrədəki banklarda saxlayan 2 minə yaxın şəxs barədə məlumatlar bu gün qalmaqallı WikiLeaks saytına verib.

İsveçrənin "Julius Baer" bankının sabiq meneceri Rudolf Elmer bu gün Londonda keçirdiyi mətbuat konfransında həmin bilgilərin yer aldığı kompakt-diski WikiLeaks saytının banisi Culian Assanja verib. Həmin diskdəki məlumatlarda İsveçrədəki bankların öz müştəriləinə vergilərdən yayınmaqda necə yardım etmələrindən bəhs olunur.

Elmer bildirib ki, həmin şəxslər arasında ABŞ, Böyük Britaniya, Almaniya ilə yanaşı, Asiyanın bəzi ölkələrindən olan varlılar və 40 məşhur siyasətçi var.

Tural
Milli.Az