2015 BMW 1-Series modeli M Sport paketi ilə "ələ keçib" - FOTO

24 Mart 2015 20:20
Portuqaliyada M Sport paketi ilə yenilənmiş 2015 BMW 1-Series "ələ keçib". Obyektivə xDrive tam ötürmə sistemli 118d versiyası düşüb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, üçqapılı variantın Alamaniyada qiyməti 30150 avro, beşqapılı isə 30 900 avrodur. Modelin M Sport paketi ilə qiyməti müvafiq olaraq 34550 və 35300 avro olacaq.

Bu model 150 a.g. və 320 Nm fırlanma anı hasil edən 4silindrli 2,0 litrlik turbodizel mühərriklə işləyir. İlk "yüzlüyə" süətlənmə 8,4 saniyə çəkir, maksimum sürət saatda 210 kilometrə bərabərdir.

Xatırladaq ki, BMW artıq ön ötürməli 1-Series sedanın sınaqlarını keçirir. Bu model, çox güman ki, Frankfurt avtosalonunda nümayiş etdiriləcək.

Böyütmək üçün şəkillərə klikləyin.



Milli.Az