Land Rover və modelyer Pol Smitdən unikal Defender - FOTO

24 Mart 2015 22:26
Land Rover şirkəti və dünyada tanınmış ingilis modelyer Pol Smit həqiqətən unikal Defender yolsuzluq avtomobili ərsəyə gətirmək cəhdlərini birləşdiriblər. Xüsusi Special Vehicle Operations bölməsi tərəfindən hazırlanmış avtomobil 27 rəngdən ibarət əllə işlənmiş unikal interyer və eksteryerə sahibdir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bir nüsxədən ibarət Land Rover Defender Paul Smith arxa görünüş güzgüləri korpuslarında, qapı dəstəklərində və təkər disklərində atlas aksentlər əldə edib. Avtomobilin göy rəngli damında arı təsviri çəkilib. Eksteryerin unikal dizaynı salonda da davam etdirilib.

Xatırladaq ki, əfsanəvi avtomobilin buraxılışının dayandırılması münasibəti ilə Britaniya şirkəti ən azı daha üç xüsusi versiya buraxmağı planlaşdırır. Defender modelinin həmin xüsusi versiyaları Autobiography, Heritage və Adventure adlandırılacaq.

Böyütmək üçün şəkillərə klikləyin.

Milli.Az