Türkiyə millisində qalmaqal

23 Mart 2015 17:40
"Bayer" (Leverkuzen) klubunun müdafiəçisi Ömər Toprak Türkiyə millisinin düşərgəsinə qatılmaqdan imtina edib.

Qol.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Avro-2016"nın seçmə mərhələsində Hollandiya ilə oyuna çağırılan təcrübəli futbolçu bunu yığmadakı komanda yoldaşı Gökhan Töre ilə aralarında problem yaşaması ilə əlaqələndirib.

Gökhan Törenin daha öncə onu silahla hədələdiyini əsas gətirən Ö.Toprak yığmanın düşərgəsinə qatılmaq istəmədiyini açıqlayıb. Toprakın şərəfini qoruduğu "Bayer" klubu da futbolçusunu dəstəkləyib. Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin Toprakı razı salmaq cəhdləri də nəticəsiz qalıb.

Qeyd edək ki, Hollandiya - Türkiyə oyunu martın 28-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az