Bəd xəbərləri niyə sevirsiniz? - MÜZAKİRƏ

23 Mart 2015 12:11
İnsanlar pozitiv xəbərlərdənsə pis xəbərləri oxumağa üstünlük verirlər. Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, Vaşinqton Universitetinin alimlərinin araşdırmaları bunu deməyə əsas verir.

Alimlər çoxsaylı tədqiqatlar keçirərək sübuta yetiriblər ki, insanlar neqativ və pis xəbərləri oxuyurlar. Buna görə də KİV-lər daha çox pis xəbərlər yazmaqla reytinq toplamağa çalışırlar. Dolayısı ilə xəbər resurslarında neqativ kontentin olması oxucuların öz günahlarıdır.

Bizə də maraqlıdır: siz də pis xəbərləri sevirsiniz? Elədirsə, niyə? Fikirlərinizi şərh bölməsinə yaza bilərsiniz.

Milli.Az