Toyota Corolla Nurburgring Edition-ın xüsusi versiyası - FOTO

23 Mart 2015 23:01
Toyota şirkətinin Tailand bölməsi Corolla modelinin xüsusi versiyasını hazırlayıb və adına Nürbyurqrinq alman trekinin adını əlavə edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, xüsusi buraxılış Toyota Corolla Altis modelinin 2014-cü ildə Nürbyurqrinqdə keçirilmiş 24 saatlıq yarışda öz klasında 7-ci yeri qazanmasına həsr edilib.

Yeni Toyota Corolla Nurburgring versiyası ESport modifikasiyası əsasındadır və 17 düymlük yüngül xəlitədən disklər, öndən yeni görünüşlü bamper, qara rəngli radiator barmaqlığı, spoyler, həmçinin süni diffuzor əldə edib. Avtomobilin salonunda qara dəri ilə üzlənmiş kürsülər və həmçinin cihaz paneli və qapılarda qırmızı rəngli taxmalar yer alıb.

Yeni Corolla Nurburgring 141 a.g. və 177 Nm fırlanma anı hasil edən 1,8 litrlik aqreqatla hərəkət etdirilir. Avtomobilin asqısı da yenilənib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.