Hamilə qalmaq üçün Facebook-da elan verdi: "Siz əylənin, mən ana olum" - FOTO
22 Mart 2015 23:10
Rumıniyada yaşayan 25 yaşlı Adelina Albu soyadlı bir qız qeyri-adi addım ataraq gündəmə gəlib.
Milli.Az aznews.az-a istinadən xəbər verir ki, o, özünün Facebook səhifəsində kişilərlə bir gecəlik ilişki üçün elan verib.
Adelina bunun səbəbini belə izah edib: "Sonu olmayan münasibətlərə vaxt itirmək istəmirəm. Siz əylənin, mən ana olum. Tək gecəlik bir görüş üçün də 500 avro verəcəm".
Bu elandan sonra Adelina yüzlərlə kişidən təklif alıb. O isə yazılan cavabları ciddi qəbul etmədiyindən hələ heç kəslə görüşməyib.
Rumıniyalı qız hamilə qalmaq üçün axtarışını davam edəcəyini deyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
